Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - FOTO

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - FOTO
Foto
Siyasət 28

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.

BAKU.WS xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik öz tvitter hesabında yazıb.

O bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Y.Qalant da tvitter hesabında C.Bayramovla görüşü barədə paylaşım edib. O bildirib ki, C.Bayramovla ikitərəfli əlaqələri müzakirə edib.

“Mən səfirliyin açılmasını həm müdafiə, həm də mülki sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün ilk addım kimi qiymətləndirdim”, - Y.Qalant vurğulayıb.

Qeyd edək ki, C.Bayramov İsraildə səfərdədir.

Son xəbərlər