Rusiya XİN: "Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırırıq"

23
mar
2023
15:30
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycanı münasibətlərin normallaşmasına dair danışıqları bərpa etməyə çağırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, sülh prosesinə alternativ yoxdur.
M.Zaxarova Bakı ilə İrəvanı nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və s. kimi məsələlər daxil olmaqla, bütün istiqamətlər üzrə danışıqlar aparmağa çağırıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
