17 yaşlı gəncin deputatlığa namizədliyi qeydə alınıb - FOTO

17 yaşlı gəncin deputatlığa namizədliyi qeydə alınıb  - FOTO
Siyasət 1976

Fevralın 9-da parlamentə keçiriləcək seçkilərdə ən gənc namizədin 17 yaşı var.BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən dairələr üzrə namizəd siyahısında 09.02.2002-ci il doğum tarixli Hacı-zadə Nərgiz Yasir qızının 122 saylı Xankəndi seçki dairəsindən qeydə alındığı qeyd olunub.

17 yaşlı gəncin deputatlığa namizədliyi qeydə alınıb  - FOTO
Maraqlıdır ki, Azərbaycan Konstitusiyasına əsasən deputatlığa namizədliyini irəli sürən şəxsin 18 tamam olmalıdır.

Daha bir qeydə alınmış gənc namizədin 18 yaşı var. 2001-ci il təvəllüdlü Mirzəzadə Ömər Elşən oğlunun namizədliyi 46 saylı Şirvan seçki dairəsindən qeydə alınıb. O, hazırda tələbədir.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Son xəbərlər