Şarl Mişel Praqada keçirilən dördtərəfli görüşü şərh edib - FOTO

“Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazırdır”.
Bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Respublikasının Prezidenti Emmauel Makronla 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekunları ilə bağlı tviter hesabındakı paylaşımda qeyd edib.
“Aİ-nin dəstəkləməyə hazır olduğu dayanıqlı deeskalasiya və gücləndirilmiş sülh səyləri müzakirə edilib”, - deyə o əlavə edib.
With @presidentaz @NikolPashinyan and @EmmanuelMacron in Prague.
— Charles Michel (@CharlesMichel) October 7, 2022
Discussed sustainable deescalation and reinvigorating peace efforts, which the EU stands ready to support.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
