Milli Məclisin komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlanıb

18
may
2022
16:15
Milli Məclisin Gənclər və İdman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, mayın 21-də keçiriləcək toplantının gündəliyinə iki məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi.
2. Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...
