15 gündür komada olan tankçımızdan XƏBƏR VAR

15 gündür komada olan tankçımızdan XƏBƏR VAR
Siyasət 1857

Başından güllə yarası alan müddətdən artıq xidmət edən hərbçimiz Razi Cavadov hələ də komadan ayılmayıb.

BAKU.WS bildirir ki, bu barədə onun atası Vidadi Cavadov qafqazinfo-ya müraciətində məlumat verib. O bildirib ki, müddətdən artıq hərbi xidmət keçən oğlu hazırda Hərbi Hospitalda müalicə olunur və komadadır: "Bizi yanına buraxmırlar, amma həkimləri deyir ki, vəziyyəti yaxşılığa doğru dəyişir. Gəncədə xəstəxanada olanda bir dəfə yanına buraxmışdılar, onda gördük. Həmin vaxt üzündə şiş var idi. İndi burdakı həkimlər deyir həmin şiş yoxdu".

Xatırladaq ki, snayper gülləsi ilə başından ağır yaralanan "Rembo" ləqəbli hərbçimiz gözünün birini itirib. Həkimləri deyib ki, güllə gözünü və başını dağıdıb deyə vəziyyəti ağır olaraq qalır. Onun xarici ölkədə müalicəsi ilə bağlı Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisinə müraciət edilib. Lakin bildirilib ki, komadan ayıldıqdan sonra əgər yenidən sağlamlığına hər hansı təhlükə görünərsə, o zaman Türkiyədə müalicəyə göndərilə bilər. Hazırkı vəziyyətdə isə onu uzaq yola çıxarmaq həyatı üçün təhlükəli ola bilər.

Razinin atası deyir ki, o özü də tankçıdır və ata-oğul bir cəbhədə döyüşüblər: "Razi 3 körpə uşaq atasıdır, 2 oğlu, 1 qızı var".

BAKU.WS

Son xəbərlər