7 erməni əsgərini məhv edən hərbçimiz ölümdən döndü
Aprelin 2-nə keçən gecə düşmən əlində olan strateji əhəmiyyətli Talış yüksəkliyinin geri alınmasında qəhrəmancasına döyüşən və ağır yaralanan Asif Novruz oğlu Rəsulov hazırda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunur.
BAKU.WS məlumat verir ki, bu haqda modern.az-a onun yaxın qohumu Bəxtiyar Nuruşov məlumat verib.
O qeyd edib ki, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən Asif 7 erməni əsgərini məhv edib:
"Ermənilərə qarşı döyüşlərdə 5 güllə yarası alıb. Düşmən silahından açılan güllələr onun ayağını, çiynini, qolunu və qarnını deşib. Həmçinin çox sayda qəlpə yaraları var. Hətta həkimlər bədənində olan qəlpələrdən birini çıxarmamağı qərara alıblar. Döyüşlərdə 4 nəfər olublar və 3 nəfər həlak olub, yeganə sağ qalan Asifdir. Həkimlərin səyi nəticəsində həyati təhlükəsi sovuşub, anlaqlı vəziyyətdədir. Hazırda vəziyyətini orta ağır qiymətləndirirlər".
B.Nuruşovun sözlərinə görə, 1977-ci il təvəllüdlü A.Rəsulov Ağstafa rayonunda doğulub:
"Ailəlidir, 3 və 5-ci siniflərdə oxuyan 2 oğlu var. Sumqayıtda evi olsa da, işi ilə əlaqədar Nafatalanda kirayədə yaşayır".
BAKU.WS
Oxşar xəbərlər
Ordumuz məşhur erməni kəşfiyyatçını məhv edib - FOTO
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən toqquşmalar zamanı düşmən ölkənin məşhur idmançısı ordumuz tərəfindən məhv edilib. BAKU.WS AzVisio...