SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Bolqarıstan Respublikasındakı səfiri Hüseyn Hüseynov öz etimadnaməsini Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevə təqdim edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, təqdimetmə mərasimindən sonra keçirilmiş təkbətək görüşdə səfir Hüseyn Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan Respublikasının Prezidentinə çatdırmışdır.

Səfir ölkəmizin Bolqarıstan ilə əməkdaşlığa vacib əhəmiyyət verdiyini bildirmiş və iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin aparılacağını bildirmişdir.

Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirən Prezident Rumen Radev onun da səmimi salamlarını və yüksək ehtiramını Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etmişdir. Azərbaycanın Bolqarıstan üçün vacib tərəfdaş olduğunu qeyd edən Rumen Radev səfirə diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Görüşdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilmiş, ticari-iqtisadi əməkdaşlığın artırılmasının əhəmiyyəti və qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, nəqliyyat və yüksək informasiya texnologiyaları, habelə humanitar sahədə əməkdaşlığın gücləndirilməsinin önəmi vurğulanmışdır.

BAKU.WS
QALEREYA