VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ramiz Mehdiyev 1news.az saytında sensasiyalı məqalə ilə çıxış edib. Saytın anons etdiyi kimi, bu məqalə Administrasiya rəhbərinin yeni kitabının əsasını təşkil edəcək.

Məqalədə R.Mehdiyev dünya maliyyə institutlarını kəskin tənqid atəşinə tutub.

R.Mehdiyev yazır: "Anlamaq çətin deyil ki, neoliberal ideologiyalı qloballaşan dünya tədricən qeyri-müəyyənlik vəziyyətinə doğru yuvarlanır. 2008-ci ildə ABŞ-da və Qərbu Avropada başlamış maliyyə-iqtisadi böhranı, Qərbin inkişaf etmiş dövlətlərində işini itirmiş insanların səngiməyən kütləvi etirazları bədbin proqnozlar üçün əsas verir. Bu faktlar onu göstərir ki, neoliberal demokratiyanın zəfər yürüşü ciddi çətinliklər yaşayır, siyasi-demokratik yenidənqurma, sürətini zəiflədərək, zorakı xarakter alır (Liviya, Misir, İraq, Suriya). Nəticədə, Avropa miqrasiya və millətlərarası böhran, multikulturalizmdən imtina təhlükəsi altında qalıb. Dünya ictimaiyyətini gələcəkdə nə gözləyir, heç kəs bilmir”.

R.Mehdiyev hesab edir ki, "dövlətlərin suverenliklərinin zəifləməsində” Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Ümumdünya Ticarət Təşkilatı heç də az rol oynamırlar. ÜTT və digər beynəlxalq maliyyə qurumları hər vəchlə ölkələrin iqtisadiyyatları üzərində nəzarətlərini gücləndirirlər: "Onların yürütdükləri siyasət nəticəsində milli iqtisadiyyatlar dağılır, inkişaf etmiş dövlətlərin sırasına daxil olmayan ölkələrin əhalisinin sosial vəziyyəti ağırlaşır”.

R.Mehdiyev əmindir ki, qlobal maliyyə axınlarını tənzimləyən struktur olan BVF formal olaraq beynəlxalq təşkilat sayılır, əslində isə, daha çox inkişaf etmiş dünya ölkələrinin maraqlarını qoruyan alətə çevrilib. Milli dövlətlərin iqtisadiyyatını dağıdan Ümumdünya Ticarət Təşkilatı da oxşar rolu oynayır.

Nəticə olaraq, BVF, DB, ÜTT və digər beynəlxalq maliyyə təşkilatları bir tərəfdən dünya iqtisadiyyatına öz nəzarətlərini gücləndirirlər, digər tərəfdən isə milli iqtisadiyyatları dağıdır və bununla da ölkələrin əhalisinin sosial vəziyyətini pisləşdirirlər.
 
BAKU.WS