“Mənim həbs olunmağımı istəyənlər...” – Hacıbala Abutalıbov danışdı

Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və 2018-2019-cu illərdə Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
BAKU.WS demokrat.az-a istinadən bildirir ki, Hacıbala Abutalıbovun sözlərinə görə, onun saxlanması ilə əlaqədar yayılan xəbərlər yalandır.
"Bəzi jurnalistlər özündən uydurur bunu. Gördüyünüz kimi, indi sizinlə danışıramsa, deməli, həbs olunmamışam. Mənim həbs olunmağımı istəyənlər ürəyi bəd olan insanlardır".
Xatırladaq ki, Qənimət Zahid "Azərbaycan saatı" verilişinin bugünkü buraxılışnda Hacıbala Abutalıbovun həbs edilməsi ilə bağlı məlumat yayıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...