İzmirin mərkəzində Azərbaycan bayrağı dalğalanır - FOTO

25
okt
2020
21:03
Türkiyədə Azərbaycana qardaş dəstəyi davam edir. Bələdiyyələr, dövlət qurumları, ictimai təşkilatlar, özəl müəssisələr bu və ya digər formada ölkəmizə və xalqımıza qardaş sevgisini nümayiş etdirirlər. Ən böyük dəstək isə Azərbaycan bayrağına göstərilən ehtiramdır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, İzmirin Əliağa rayonunun mərkəzində nəhəng Azərbaycan bayrağının asılması da bu cür dəstək aksiyalarından biridir. Yerli sakinlər bunu böyük məhəbbətlə qarşılayıblar. İndi üçrəngli bayrağımızın dalğalandığı ərazi rayonun ən cəlbedici məkanlarından birinə çevrilib.

Oxşar xəbərlər
Prezidentin köməkçisi QHT sədrləri ilə görüşüb - FOTO
Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev QHT-h...
