SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Milli Ordusunun Dağlıq Qarabağda apardığı uğurlu əməliyyatlar zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonunun yaşayış məntəqləri və bir neçə şəhər işğaldan azad edilib. Hərbi əməliyyatlar zamanı Ermənistan ordusu 2 milyard dollardan çox hərbi texnikasını itirib, minlərlə hərbçi məhv edilib.

Ermənistan Dağlıq Qarabağda hərbi əməliyyatlar başlamazdan əvvəl təkəbbür və pafosdan ibarət çıxış edir və Azərbaycanı yeni ərazilərin işğal ediləcəyi ilə hədələyirdi. Belə bəyanatlardan biri Amerikada səsləndirilmişdi. 30 mart 2019-cu ildə Nyu-Yorka səfəri zamanı ermənilər qarşısında çıxış edən Ermənistanın müdafiə naziri David Tonayan demişdi ki, əgər yeni müharibə baş verərsə, biz müdafiə mövqeyindən hücum mövqeyinə keçərək yeni ərazilər ələ keçirəcəyik.

Maraqlıdır ki, 27 sentyabrdan sonra Azrbaycan ordusunun əks hücumları zamanı işğal altındakı ərazilərin bir qismi azad ediləndən sonra David Tonayanın Ermənistanı tərk edərək Moskvaya getməsi barədə xəbər yayılmışdı. Ermənistanın güclü və məğlubilməz ordusu mifinin dağılmasından sonra Ermənistan hakimiyyətinin verdiyi vədlərin, etdiyi çıxışların nə dərəcədə yalan və həqiqətdən kənar olduğu üzə çıxdı. Rəsmi İrəvanın aciz, məğlub və rüsvay duruma düşməsinin bariz nümunəsi kimi Baş nazir Nikol Paşinyanın xarici ölkələrin liderlərinə ara vermədən zəng etməsi, atəşkəsin bağlanması üçün yalvarmağını göstərmək olar.

Paşinyanın Fransa, Rusiya və ABŞ prezidentlərinə dayanmadan zəng etməsi və yalvarması ermənilər tərəfindən də birmənalı qarşılanmadı. Bir sözlə, Ermənistan hakimiyyətinin dediyi sözləri yeməsinin, Azərbaycan ordusu qarşısında aciz duruma düşməsinin şahidi olduq.

Ermənistanla bağlı vəziyyət aydın olduğu halda paralel olaraq Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağla bağlı verdiyi vədlərə diqqət etsək, vəziyyətinin tam əksinin şahidi olarıq. Ermənistanın rəhbər şəxslərindən fərqli olaraq Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağın azad ediləcəyi günün yaxın olduğunu, ordumuzun güclü və qüdrətli olduğunu və ermənilərin məğlub olacağını dəfərlərlə bildirmişdi. Bu gün Dağlıq Qarabağda gedən döyüşlərə diqqət etsək, Ali Baş Komandanın verdiyi vədlərin bir-bir yerinə yetirildiyinin şahidi olarıq. 

Azərbaycan ordusunun müasir silahlarla təmin olunması, nizamlı və güclü ordunun təşkil edilməsi məhz Azərbaycan hakimiyyətinin yürütdüyü uğurlu siyasətin göstəricisidir. Bununla bağlı Ermənistan tərəfindən də zaman-zaman etirafların gəlməsi bu sözlərin həqiqət olduğundan xəbər verir. Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri də etiraf edir ki, Azərbaycan ordusunun malik olduğu bəzi müasir silahlar onları çarəsiz buraxıb. 

Bu günə kimi ölkə başçısı 4 rayonun işğaldan azad olunan kəndlərinin və bir çox yüksəkliklərin azad edildiyini elan etsə də, digər ərazilər də tezliklə düşmən tapdağından azad olunacaq. Ali Baş Komandanın dediyi kimi, erməni işğalçıları Azərbaycan ərazilərindən it kimi qovulacaq və azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq!

BAKU.WS