Xarıbülbül Avroviziya səhnəsində
Bu il 69-cu dəfə keçiriləcək Avroviziya yarışmasında xarıbülbül detalı da olacaq.
BAKU.WS xəbər verir ki, ölkəmizi təmsil edəcək "Mamagama"nın üzvlərindən biri Asəf Mişiyevin əlcəyində Xarıbülbül şəkili əks olunub.
Bu barədə "12xal" instaqram səhifəsi məlumat yayıb.
Azərbaycan üçün xüsusi məna kəsb edən xarıbülbül ifaçının əlcəklərində öz əksini tapması sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.
İşıl-işıl parıldayan əlcəklər səhnəni sözün əsl mənasında çiçəkləndirib.
Qeyd edək ki, bu il 69-cu Avroviziya müsabiqəsi İsveçrənin Bazel şəhərində keçiriləcək.
"Mamagama" ölkəmizi yarışmada "Run With U" mahnısını ilə təmsil edəcək. Qrup mayın 13-də birinci yarımfinalda səhnəyə 10-cu çıxacaq.
Azərbaycanla birlikdə həmin gün Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.
Müsabiqənin ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.
Oxşar xəbərlər
"Leyli və Məcnun" operası: Hadisələr Ərəbistan çöllərində yox, Azərbaycanda baş verir
Heydər Əliyev Sarayında dahi bəstəkar Üzeyir Hacıbəyovun ölməz əsəri - "Leyli və Məcnun" operası təqdim olunub. Baku TV kulisdən reportaj hazırlayaraq tamaşaya...