Tarixçi Şamaxıdakı soyqırımı barədə: "Vədlərindən iki gün keçməmiş, Mart hadisələri baş verdi"

Bu gün ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin növbəti genişmiqyaslı aktı - 31 Mart soyqırımından 107 il keçir.
Şamaxıda törədilən qətliamlardan danışan tarixçi Vasif Şıxıyev qeyd edib ki, soyqırımı, əslində, ilk olaraq buradan başlayıb:
"Novruz bayramından bir neçə gün öncə Şamaxıda rus malakanlar və ermənilərin iştirakı ilə xristianlarla görüş təşkil edilir. Ermənilərin nümayəndəsi keşiş Baqrat, rusların nümayəndəsi isə Karabanov adlandırılan şəxs idi.
Onlar müqəddəs hesab etdikləri İncilə əllərini basıb and içmişdilər ki, Cənubi Qafqazın digər bölgələrində nə olursa-olsun, Şamaxıda müsəlmanlarla xristianlar dinc şəraitdə yaşayacaqlar. Verdikləri vəddən iki gün belə keçməmiş Mart hadisələri baş verdi".
Rayonun Əngəxaran kəndində baş verən qırğınlardan danışan sakin Rafael Tağızadə bildirib ki, burada 510 nəfər vəhşicəsinə qətlə yetirilib:
"Onlardan 88 nəfəri əsir götürülərək Çuxuryurd kəndinə aparılıb. Yolda 12 nəfəri də öldürüblər".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Vaqif Səmədoğlunun ad günüdür
Bu gün Azərbaycanın Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlunun ad günüdür. BAKU.WS xəbər verir ki, Vaqif Səməd oğlu Vəkilov 1939-cu ilin bu günü, yəni...
