Parisdə Nəsiminin yubileyi qeyd olunacaq

Parisdə Nəsiminin yubileyi qeyd olunacaq
Mədəniyyət 617
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Cavanşir Feyziyev “Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün mayın 14-dən Fransanın paytaxtı Parisdə səfərdədirlər.BAKU.WS xəbər verir ki, bir çox dünya ölkələrinin nüfuzlu dövlət xadimlərinin, alimlərin, tarixçi və türkoloqların qatılacağı tədbir Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən UNESCO-nun mənzil qərargahında keçiriləcək.Forumun əsas məqsədi türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələri beynəlxalq səviyyədə elmi cəhətdən müzakirə etməkdir.Forum çərçivəsində UNESCO-da böyük mütəfəkkir İmaməddin Nəsiminin anadan olmasının 650, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 iliyi beynəlxalq səviyyədə qeyd olunacaqdır.Səfər mayın 19-da başa çatacaq.

Oxşar xəbərlər

Son xəbərlər