"Hər bir şəhid bizim ailəmizdənir" adlı sərgi keçirilib - VİDEO/FOTO

Hər bir şəhid bizim ailəmizdənir adlı sərgi keçirilib - VİDEO/FOTO
Foto
Mədəniyyət 1136
Bu gün Azərbaycan Rəssamlar İttifaqında 1 iyun Uşaqların Beynəlxaql Müdafiəsi Günü ilə bağlı uşaq rəssamların əsərlərindən ibarət "Hər bir şəhid bizim ailəmizdənir" adlı sərgi keçirilib.Sərginin təşkilatçısı Ramin Allahverdiyev BAKU.WS-ə bildirib ki, əgər bu gün uşaqlarımız xoşbəxt yaşayırlarsa, şəhidlərimizin ruhuna borculuyuq. Bugünkü tədbirimiz də məhz ona görə şəhidlərimizin adı ilə bağlıdır. "Allah bütün şəhidlərimizə rəhmət eləsin, uşaqlarımız vətənpərvər ruhda böyüsün", - deyə R.Allahverdiyev əlavə edib.Tədbirdə işitrak edən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral da BAKU.WS-ə öz təəssüratlarını bölüşüb. O qeyd edib ki, Azərbaycanın şəhidləri ilə Türkiyənin şəhidləri araslında heç bir fəqr yoxdur. "Çünki biz bir millət iki dövlətik. Biz də uşaqlara şəhidlərimizi anlatacağıq ki, vətəni qorumağı, ona sahib çıxmağı öyrənsinlər", - deyə səfir vurğulayıb.XÜSUSİ MÜXBİRFərid PƏNAHOV

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər