Azərbaycanlı xanım Afrin şəhidlərinin ruhuna Türkiyədə ehsan verdi
03
mar
2018
13:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Balıkesir əyalətinin Ayvanlık rayonunun Altınova məhəlləsində dönərxanada işləyən 55 yaşlı azərbaycanlı Sevda Orucova Afrində “Zeytun budağı” antiterror əməliyyatında şəhid olan Türkiyə hərbçilərinin ruhuna Cümə namazından əvvəl ehsan verib.BAKU.WS-in report-a istinadən verdiyi məlumata görə, bu barədə DHA məlumat yayıb. Məlumata görə, Sevda Orucova 26 ildir Altınovada yaşayır.Hacı Bayram Vəli Məscidinin imamı İbrahim Adıgözəl, Orta Məscidin imamı Hicabi Sarıgül və müəzzin Üzeyir Çelik şəhidlərin ruhuna “Yasin” oxuyub. Namazdan əvvəl camaata ehsan verilib.“Mən Azərbaycandan gələndən müxtəlif yerlərdə işləmişəm. Sonra kafe açdım. 3 il sonra onu bağladım. Hazırda Altınovadakı qonşumuz Hasan Erkişinin dönərxanasında işləyirəm. Hərbçilərimizi çox sevirəm. Çətinə, dara düşəndə həmişə yanımda oldular. Altınova camaatı məni heç vaxt özünə yad bilməyiblər. Özlərindən bir sayırlar. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə səbr versin. Allah dövlətimizə və hərbçilərimizə güc versin”, - Sevda Orucova bildirib.BAKU.WS
Oxşar xəbərlər
Afrində bir gündə 11 türk hərbçisi şəhid olub
Türkiyə ordusunun PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində fevralın 10-da şəhid olmuş türk hərbçilərinin sayı 11 nəf...