Goranboyda 30 əsrlik məkan: 19 illik araşdırmalar zamanı nələr tapılıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Tarixi yaşının 3 min ildən çox olduğu bilinən və Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən "Muncuqlu təpə" abidəsində arxeoloji qazıntılar davam edir.
Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyasının əməkdaşları qazıntı işlərini davam etdirirlər.
2007-ci ildən aparılan mərhələli qazıntı işləri bu ildə həyata keçirilir.
Ərazidə müxtəlif dövrlərə aid olan qəbirlər aşkar olunub.
Burada Son Tunc və Erkən Dəmir dövrünə aid olan maddi mədəniyyət nümunələri tapılıb.
Hazırda da arxeoloqlar tərəfindən araşdırmalar aparılır.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:
Oxşar xəbərlər
Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür
Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun doğum günüdür. Onun anadan olmasından 104 il ötür. Fikrət Əmir...