Filarmoniyada Zəfər Gününə həsr olunmuş konsert keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Zəfər Gününün 5 illiyinə həsr olunmuş yubiley konserti keçirilib.
Mədəniyyət Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, tədbir Vətən müharibəsində canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konsert proqramında Azərbaycanın tanınmış bəstəkarlarının əsərləri səsləndirilib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) dinləyicilərə bədii zövq bəxş ediblər.
Proqram Ceyhun Allahverdiyevin "Qələbə" uvertürası ilə açılın və Məmmədağa Umudovun "Qarabağ Azərbaycandır", Rauf Əliyevin "Şuşaya aparan yollar", Niyazinin "Türk marşı", Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Çənlibel xoru ilə davam edib. Ardınca Eldar Mansurovun "Ulu torpaq", Faiq Sücəddinovun "Zəfər" simfonik poeması və Cavanşir Quliyevin "Əsgər marşı" kimi əsərlər ifa olunub. Solistlər Tural Ağasıyev (tenor) və Nigar Əsgərova (soprano) çıxışları ilə tamaşaçıların alqışlarını qazanıblar.
Qalereya
Oxşar xəbərlər
Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 94 il ötür. Asəf Zeynalabdin oğlu Zeynallı...