Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində "Min bir gecə" baleti təqdim olunub
Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın "Min bir gecə" baleti təqdim olunub.
Tamaşada əsas rolları Yuliya Ferştandt (Şəhrizad), İlya Manayenkov (Şəhriyar), Liana Praga (Nuridə), Seymur Qədiyev (Nuridənin sevimli qulu) ifa ediblər.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu baletmeyster Əməkdar incəsənət xadimi Nailə Nəzirova, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Qeyd edək ki, Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı "Min bir gecə" baleti ilk dəfə 1979-cu ildə Bakıda Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, bədii tərtibatı Xalq rəssamı Toğrul Nərimanbəyova məxsusdur.
Oxşar xəbərlər
Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub
"Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında Mədəni və Yaradıcı Sənayelərin (MYS) inkişafı ilə bağlı Dövlət proqramları...