COP29 günlərində ruhumuzu necə dincəldə bilərik? - ARAŞDIRMA
Paytaxt Bakının beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etməyinə sayılı günlər qalıb. Bu il Bakıda keçiriləcək COP29 təkcə ekoloji problemlərin müzakirəsi üçün deyil, həm də şəhərin mədəni həyatı üçün mühüm mərhələ olacaq.
Bəs görəsən bu günlərdə həm yerli sakinlər, həm də şəhərimizin qonaqları üçün paytaxt teatrlarında hansı tamaşalar nümayiş olunacaq?
BAKU.WS-in əməkdaşı mövzu ilə bağlı teatrlarla əlaqə saxlayıb afişaları bir yerə yığıb.
Azərbaycan Dövlət Musiqili Teatrı
COP29 günlərində Azərbaycan Dövlət Musiqili Teatrında Rus, İngilis və Azərbaycan dillərində tamaşalar nümayiş ediləcək.
10.11.2024 - T. Cücənoğlu (Səhnələşdirən İ. Gözəlova) "Qadınım" - 19:00
15.11.2024 - V. Hüqo (Səhnələşdirən S. Qulamov) "Paris Notr-Dama ithaf" - 19:00
16.11.2024 - Ü. Hacıbəyli libretto müəllifi S.Qulamov "Leyli və Məcnun" - 19:00
17.11.2024 - Ü. Hacıbəyli "O olmasın, bu olsun" -19:00
22.11.2024 - C. Məmmədquluzadə (Tərcümə T. Rəsulov) "Anamın kitabı" (ingilis dilində) - 19:00
23.11.2024 - A. N. Ostrovsksi (Səhnələşdirən İ. Gözəlova) "Lara Martin"s Jazz Club" (rus dilində) - 19:00
24.11.2024 - Ü. Hacıbəyli "Arşın mal alan" - 19:00
Bakı Uşaq və Gənclər Teartı
"Yaşıl dünya naminə həmrəylik ili"ndə, COP29 günlərində Bakı Uşaq və Gənclər Teartında bu mövzuya həsr olunmuş yeni tamaşa nümayiş olunacaq.
Ssenari müəllifi və rejissoru Respublikanın Əməkdar artisti, Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan olan monotamaşa tamaşaçılara dünyanı ağuşuna almış problemləri bir tısbağanın dilindən dinləmək şansı yaradıb. Niyə məhz tısbağa? Çünki meşə yanğınlarından, çirkli ətraf mühitdən ən çox zərər görən heyvanlardır. Teatr dünyanın " Ağ-Qara" yanının seyrinə hər kəsi dəvət edir.
Monotamaşanın ifaçısı Gülər Ləzgiyeva, Fatimə Qasımova, Əsmər Qurbanovadır.
Maraqlı səhnə tərtibatı olan tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkarı Yusif Rüstəmovdur.
Tamaşa 16 noyabr saat 12:00 və 14:00-da teatrın müvəqqəti yerləşdiyi Q, Abbasov adına Mədəniyyət sarayında nümayiş olunacaq
Dövlət Pantomima Teatrı
COP29 günlərində Dövlət Pantomima Teatrı tərəfindən bu tamaşalar səhnələşdiriləcək:
14.11.2024 saat 19:00 - N. V. Qoqol "Şinel" Akademik Rus Dram Teatrında
16.11.2024 tarixində saat 18:00 - Hüseyn Cavid "İblis"
17.11.2024 tarixində saat 18:00 - Nargilə Qəribova "Adsız"
19.11.2024 tarixində saat 19:00 - Vilyam Şekspir "Romeo və Culyetta" Milli Gənc Tamaşaçılar Teatrında
23.11.2024 tarixində saat 18:00 - Ceyhun Dadaşov "Mən və Mən"
24.11.2024 tarixində saat 18:00 - Vilyam Şekspir "Romeo və Culyetta"
Akademik Milli Dram Teatrı
COP29 günlərində Akademik Milli Dram Teatrında "Manqurt", "İblis", "Dantenin yubileyi" və "Xurşidbanu Natəvan" tamaşaları nümayiş olunacaq.
Tamaşalar haqqında məlumat ingilis dilinə tərcümə edilib. Əgər teatrın xarici qonaqları olarsa onlara tamaşalar haqqında məlumatlar ingilis dilində təqdim ediləcək.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı
COP29 günlərində Gənc Tamaşaçılar Teatrı aylıq repertuarına davam edəcək. Bu ərəfədə teatrın həm gündüz, həm də axşam tamaşaları olacaq. Gündüz "Qoğalın sərgüzəştləri" və "Uzuncorab Pippi" səhnələşdiriləcək.
Axşam tamaşalarında "Qağayı", "Fiqaronun toyu", "Tanrıya 14 məktub" və "Biganə məşuq" (Kiçik səhnədə), "İnanıram" (böyük səhnə) nümayiş ediləcək. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı COP29 günlərində paytaxt sakinləri və şəhərimizin qonaqlarına xidmət göstəriləcək.
Xatırladaq ki, paytaxt Bakı 12-24 noyabr tarixlərində COP29 tədbirinə ev sahibliyi edəcək.
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
"2-7 dekabr tarixində Paraqvayın paytaxtı Asunsyon şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sess...