Ceyhun Mirzəyevin yeganə qızı niyə küçədə acınacaqlı vəziyyətdə yaşayır?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı "Ögey ana" və "Fəryad" filmlərindəki İsmayıl obrazı ilə yaddaşlarda dərin iz buraxan əvəzedilməz aktyor və rejissor Ceyhun Mirzəyevə həsr olunub.
Mərhum aktyorun sənət dostları onunla bağlı unudulmaz xatirələrini bölüşüblər.
Xalq artisti Hacı İsmayılov Ceyhun Mirzəyevin rejissorluq etdiyi və aktyor kimi çəkildiyi son filmi - "Fəryad"ın çəkilişləri barədə danışıb:
"Xocalıda baş vermiş səhnənin təkrarı qurulmuşdu. Hava da yağışlı idi. Bizi də oraya helikopterlə gətirmişdilər. Mühərrikini söndürmürdülər, çünki ermənilər gəlib atəş aça bilərdilər. Həmin kadrları çəkmək çox çətin idi. Yer palçıq, əynimizdə isə əsgər paltarı və avtomat var idi".
Verilişdə o da bildirilib ki, C.Mirzəyevin mərhum xanımı Lidiya Mirzəyeva onun ölüm anı ilə bağlı bu sözləri deyib:
"Tez uzandırıb təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayaqlarını isti suya qoydum, amma xeyri olmadı. Bir anlıq gözlərini açıb qızımız Cəmaləni çağırdı, üzünə baxdı və gözlərini yumdu. Elə bildik, yuxulayıb, amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb".
Qeyd edək ki, bu yaxınlarda Ceyhun Mirzəyevin yeganə qızı Cəmalənin Rusiyada küçədə acınacaqlı vəziyyətdə yaşadığı xəbəri yayılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Füzuli şəhərində 100-ə yaxın uşağın təhsil aldığı yaradıcılıq mərkəzindən REPORTAJ
Füzuli şəhərində fəaliyyət göstərən Kurmanqazı Yaradıcılıq Mərkəzində hazırda 100-ə yaxın uşaq səkkiz ixtisas üzrə təhsil alır. Mərkəzin yaxın dönəm üçün əsas...