Cəlilabadda yerləşən tarixi abidə niyə baxımsız qalıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda yerləşən tarixi hamam baxımsızlıqdan bərbad vəziyyətə düşüb. Rayon sakinləri abidənin məhv olmaq təhlükəsi ilə üzləşdiyini bildirirlər.
Yerli əhəmiyyətli daşınmaz memarlıq abidələrinə aid olan bu tarixi incinin bir neçə ildən sonra 100 yaşı tamam olacaq. Amma tarixi keçmişi bu günə qədər yaşadan və qorunan tikililər siyahısına əlavə edilən abidə yararsız vəziyyətdədir.
Tarixçi Bilal Hüseynov qeyd edib ki, hamam qırmızı kərpicdən tikildiyi üçün suya dözümlü olsa da, uçub-dağılır:
"Hamam nəzarətə götürülməlidir ki, gələcək nəsillər üçün qorunub saxlanılsın".
Sakin Fariz Ağasıyev isə hamam haqqında məlumat verərkən bildirib ki, ondan qadınlar da, kişilər də istifadə ediblər:
"Hamama həftənin iki günü qadınlar, dörd günü isə kişilər gəlirdilər".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 94 il ötür. Asəf Zeynalabdin oğlu Zeynallı...