“Böyük Qayıdış” film müsabiqəsinə sənəd qəbulu başa çatıb

“Böyük Qayıdış” film müsabiqəsinə sənəd qəbulu başa çatıb
Mədəniyyət 63

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb.

BAKU.WS xəbər verir ki, bu barədəMədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti mövzularını əhatə edən müsabiqəyə təqdim edilmiş işlərdən müsabiqənin ilkin qəbul şərtlərinə cavab verən aşağıdakı 49 layihə ikinci – Bədii seçim mərhələsində iştirak hüququ əldə edib:

Təqdim edən müəssisə

Layihənin adı

Layihənin növü

QEYD

1

“Oksimedia” MMC

“Vətən sağ olsun”

animasiya filmi

2

“Oksimedia” MMC

“Atama söz”

q/m bədii film

3

“Oksimedia” MMC

“Qələbə bizimdir”

q/m bədii film

4

“Birlik kinostudiyası” MMC

“Qarabağ nağılı”

animasiya filmi

5

“Birlik kinostudiyası” MMC

“Müqəddəs torpaq”

q/m bədii film

6

“İnteraz Media and Broadcastig” MMC

“Tanrının Nəbzi”

q/m bədii film

“Nemətoğlu Aqro” MMC ilə müştərək

7

“İnteraz Media and Broadcastig” MMC

“Nəfəs”

q/m bədii film

Şirkət filmin büdcəsinin 17000 AZN hissəsini diaspor təşkilatlarından,

25500 AZN hissəsini isə “Old stone pictures” şirkətindən əldə etmişdir

8

“OB Film” MMC

“Tarix”

animasiya filmi

9

“OB Film” MMC

“Sülh göyərçini”

q/m bədii film

10

“Nova Gorica” kino şirkəti

“Mənəm Yusif”

q/m bədii film

11

“Nova Gorica” kino şirkəti

“Qarabağdan Qarabağa”

Sənədli film

Şirkət filmin büdcəsinin 7000 AZN hissəsini “Euroklima”dan əldə etmişdir.

12

“Mediamaster” MMC

“Vətən aslanları”

q/m bədii film

13

“Mozalan”studiyası MMC

“İkinci planetin qırmızı rəngi”

q/m bədii film

14

“Karvan production” MMC

“Çamadan”

q/m bədii film

15

“Karvan production” MMC

“Arxa cəbhə”

q/m bədii film

16

“Karvan production” MMC

“Dağların Şuşası”

q/m bədii film

17

“YFilm” prodakşın servis

“Sarı Kişi”

q/m bədii film

18

“3 dost” MMC

“Qayıtmışam”

animasiya filmi

19

“3 dost” MMC

“Təranənin arzusu”

animasiya filmi

20

“Buta” film MMC

“Ağdam”

q/m bədii film

21

“Vətən tv” Media şirkəti MMC

“General”(Mais Bərxudarov)

sənədli filmi

Şirkət filmin büdəcəsinin 6360 AZN hissəsini əldə etmişdir

22

“Alioğlu Media Group”

“Oyanış”

q/m bədii film

23

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası

“Xurşidbanu Nətavan”

q/m bədii film

24

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası

“Fulya”

sənədli film

“DADA-world of publicity” ilə müştərək

25

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası

“Müharibənin uşaqları”

sənədli film

26

“Rakord” MMC

“Torpaq və Su”

sənədli film

27

“Rakord” MMC

“Divar”

animasiya filmi

28

“Rakord” MMC

“Xarı Bülbül”

q/m bədii film

29

“YFilm” prodakşın servis

“Evə dönüş”

q/m bədii film

30

“İctimai Televizya və Radio Yayımları Şirkəti”

“Gün, ay”

q/m bədii film

31

“İctimai Televizya və Radio Yayımları Şirkəti”

“Su kiçiyin yol böyüyün”

q/m bədii film

32

“YFilm” prodakşın servis

“Ziyarət”

sənədli film

33

“İctimai Televizya və Radio Yayımları Şirkəti”

“Yolun dəyəri”

q/m bədii film

34

“Balans” MMC

“Qayıdış günü”

animasiya filmi

35

“Balans” MMC

“Ümid dibçəyi”

q/m bədii film

36

“Balans” MMC

“Çin olan gizlinlər”

sənədli film

37

“Pərifilm” MMC

“Toxum”

animasiya filmi

38

“Marcom”MMC

“Yanmış evdəki çılçıraq”

q/m bədii film

39

“NN” film

“Toxumun qayıdışı”

animasiya filmi

40

“Debüt” studiyası

“İki gün”

q/m bədii film

41

“Debüt” studiyası

“Evimin səsi”

q/m bədii film

42

“Azanfilm” studiyası

“Həyat davam edir”

animasiya filmi

43

“Ultra Production” MMC

“Hasar”

q/m bədii film

44

“Ultra Production”MMC

“YAMAC”

animasiya filmi

45

“Varyox” MMC

“Güzgü”

sənədli film

46

“Varyox” MMC

“Qayıdış”

q/m bədii film

47

“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi

“Gedənlərin qayıtması”

q/m bədii film

48

“İLK media”

“Ərik ağacı”

q/m bədii film

49

“Cinema Art”

“Ceyranın səyahəti”

animasiya filmi

Qəbul olunmuş layihələrdən 5-i televiziya kanalları, 7-si dövlət studiyaları, 37-si isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib.

Qeyd edək ki, Bədii seçim mərhələsində film layihələrini mədəniyyət nazirinin əmri ilə təsdiq edilmiş Münsiflər heyəti bədii-kinematoqrafik baxımdan 16 aprel 2021-ci il tarixinədək qiymətləndirəcək və qaliblərinin adları nazirliyin

www.mct.gov.az internet saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq. Bu mərhələdə seçilən layihələr 3-cü mərhələyə – istehsalçıların Pitçinqi mərhələsinə buraxılacaq.

19-29 aprel 2021-ci il tarixində təşkil olunacaq Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. 30 aprel 2021-ci il tarixdə elan ediləcək Qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

Son xəbərlər