Bilinməyən meyxana tarixi - ARAŞDIRMA + VİDEO
Meyxana-zərb alətinin müiəti ilə oxunan musiqili poetik janr. Bu sənət haqqında ilk məlumatlara Herodotun “Tarix” əsərində rast gəlinir.
Əsasən Bakı kəndlərində geniş yayılıb. Klassik Azərbaycan ədəbiyyatında “Meyxana” adı bir neçə əsərdə işlədilib.
20-ci əsrin əvvəli. Satirik şair Mirzə Ələkbər Sabir. O öz yaradıcılığında meyxana elementləri istifadə edir. Onun “Bəhri Təvil”ində bu janrın elementləri açıq-aşkar görünür.
Deyilənə görə, bu arıq, cılız dahi hətta toylarda meyxana deyib. Üzeyir Hacıbəyli. Dahi bəstəkar. O, 20-ci əsrin 30-cu illərində “Koroğlu” operasını bəstələyərkən meyxana kupletləri işlədib. Eyni zamanda “O olmasın bu olsun” operettasında Üzeyir bəy “Hambal”ın danışığında meyxana istifadə edir.
Daha sonra bəstəkar Fikrət Əmirovun “Sevil” operasında, cazmen Vaqif Mustafazadənin “Caz-Muğam”ında meyxana elementləri görünür.
Əliağa Vahid. Dövlət səviyyəsində meyxana təbliğatı aparan şəxs. Meyxananın kütləviləşməsində Vahidin rolu danılmaz idi.
Onun Maştağalı Ağahüseyn Əfsunla dediyi meyxanalar günümüzdə deyilən meyxanaların təməli sayıla bilər. Maştağa Bakı kəndləri içində meyxana ocağı olması ilə tanınır və kənd əhli bununla fəxr edir.
Bakının tanınmış meyxanaçıları əsasən bu kəndin yetirməsidir. Kəndin tanınmış meyxanaçılarını sadalasaq, görərik ki, Azərbaycan meyxana tarixinin demək olar bir çox tanınmış simaları bu kənddən çıxıb.
Ağasəlim Çıldaq, Məşədibaba, Ağamirzə, Ağakərim, Elçin, Vüqarın adları bəsdir ki, kəndin meyxana məktəbi olmasını sübut etsin.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
Bu gün Xalq artisti Tofiq Quliyevin anım günüdür
Bu gün görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin anım günüdür. BAKU.WS xəbər verir ki, sənətkarın vəfatından 23 il ötür. Tofiq Ələkbər oğlu Quliyev 191...