Anar Quliyev: "Azərbaycan regionda ən böyük yenidənqurma işlərindən birini həyata keçirir"
Azərbaycan son dövrlərdə regionda ən böyük və ən əhatəli yenidənqurma işlərindən birini həyata keçirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusundə tədbirdə bildirib.
"Bir zamanlar dağıntılara məruz qalmış ərazilər davamlı, inklüziv və gələcəyə yönəlmiş şəhər və kənd icmalarına çevrilir. Təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 %-i işğal altında qaldı. Bu dövr ərzində yüzlərlə şəhər, qəsəbə və kənd dağıdıldı. Kritik infrastruktur məhv edildi. Mədəni irs abidələri geri dönülməz zərərə məruz qaldı, bir milyondan çox azərbaycanlı evlərindən didərgin düşdü. 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən sonra Azərbaycan yenidənqurma, reinteqrasiya və dayanıqlı regional inkişafa yönəlmiş əsaslı şəkildə yeni mərhələyə qədəm qoydu. Həmin ərazilərdəki dağıntıların miqyası misilsiz idi. 900-dən çox yaşayış məntəqəsi zərər görmüşdü və bütün şəhər sistemi fəaliyyətini dayandırmışdı. Bir vaxtlar canlı regional mərkəz olan Ağdam şəhəri işğaldan azad olunmuş ərazilərdəki dağıntıların ən görünən, lakin əlbəttə ki, yeganə olmayan nümunələrindən birinə çevrildi".
Oxşar xəbərlər
Hikmət Hacıyev Anaklaudia Rossbaxa təşəkkür etdi
"Düşünürəm ki, Dünya Şəhər Forumu bizim üçün çox mənasız olardı əgər biz QHT icmasının Dünya Şəhər Forumu çərçivəsində görüşünü təşkil edə bilməsəydik". BAKU.WS...