SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın əfsanəvi sənətkarı, SSRİ xalq artisti Zeynəb Xanlarovadan sevənlərinə şad xəbər var.
BAKU.WS Heydər Əliyev Ordenli canlı əfsanə 12 ildən sonra yenidən solo konsert verəcək.
Bakı Konqres Mərkəzində baş tutacaq konsertin təşkilatçısı bir çox böyük layihələ imza atmış “Peachline” və “Kevents Group” şirkətləridir.
Bu barədə konsertin təşkilatçıları məlumat verib. Onların sözlərinə görə, konsert 2020-ci ilin 18 mart tarixində keçiriləcək.
Gözlənilən konsertin biletlər artıq satışdadır.
Xatırladaq ki, Şərəf və Şöhrət ordenli Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayının əsaslı təmirindən sonrakı açılış münasibəti ilə konsert vermişdi.
Məlumat üçün bildirək ki, Xalq artistinin solo konsert üçün bir çox təşkilatçı və şirkətlər səy göstərsə də, sənətkarı razı salmağa müvəffəq olmamışdılar.

BAKU.WS