Canlı əfsanə Zeynəb Xanlarova uzun illərdən sonra Azərbaycanda konsert verəcək
Azərbaycanın əfsanəvi sənətkarı, SSRİ xalq artisti Zeynəb Xanlarovadan sevənlərinə şad xəbər var. BAKU.WS Heydər Əliyev Ordenli canlı əfsanə 12 ildən sonra yenidən solo konsert verəcək.Bakı Konqres Mərkəzində baş tutacaq konsertin təşkilatçısı bir çox böyük layihələ imza atmış “Peachline” və “Kevents Group” şirkətləridir.Bu barədə konsertin təşkilatçıları məlumat verib. Onların sözlərinə görə, konsert 2020-ci ilin 18 mart tarixində keçiriləcək.Gözlənilən konsertin biletlər artıq satışdadır.Xatırladaq ki, Şərəf və Şöhrət ordenli Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayının əsaslı təmirindən sonrakı açılış münasibəti ilə konsert vermişdi.Məlumat üçün bildirək ki, Xalq artistinin solo konsert üçün bir çox təşkilatçı və şirkətlər səy göstərsə də, sənətkarı razı salmağa müvəffəq olmamışdılar.
Oxşar xəbərlər
Xalq artisti Rəfael Dadaşovla bağlı YENİ XƏBƏR
Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin oğlu Ayxan Dadaşov məlumat verib. Ayxan Dadaşov...