Zeynəb Xanlarova: Prezidentimizlə görüşdə kim istədi danışdı
04
mar
2019
11:18
Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə martın 1-də baş tutan görüşünü şərh edib.BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Xanlarova görüşü, tədbir iştirakçılarını diqqətlə, səbrlə dinləmələri, qaldırılan hər bir məsələyə həssaslıqla yanaşmaları, xahişlərin yerinə yetiriləməsi barədə verilən vədlərin və tapşırıqların mədəniyyət işçilərinə böyük ruh verdiyini bildirib: "Bu, həm də mədəniyyətə və incənətə göstərilən diqqət və qayğının təzahürü idi. Hər kəsə bəllidir ki, möhtərəm Prezidentimiz verdiyi hər bir vədi dərhal yerinə yetirir. Biz 16 ildir ki, bunun şahidiyik. Mədəniyyət və incəsənət xadimləri ilə görüşə 2 saatdan artıq vaxt ayrılması da təsadüfi deyildi.Hər bir xalq, millət bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, deyərdim ki, ən böyüyü mədəniyyətdir. Dünya xalqları arasında Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olub. Bu gün də belədir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir, onları inkişaf etdirir. Azərbaycan mədəniyyəti və incəsənəti ta qədim zamanlardan indiyədək öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır. Xalqımızın incəsənət və mədəniyyət sahəsində qazandığı uğurlar Vətənini, millətini sevən hər bir kəs üçün iftixar mənbəyidir. Çünki hər bir xalqın mədəniyyəti həmişə onu yüksəldir, bütün dünyada tanıdır, mənəviyyatını zənginləşdirir. Sovet İttifaqı dövründə dünyanın, demək olar ki, əksər ölkələrini qarışqarış gəzmişəm, konsertlər vermişəm. Elə ölkə olub ki, orada Azərbaycanı tanımayıblar. Ancaq ifa etdiyim mahnılarla tanıtdırmışam, sevdirmişəm ölkəmizi. Mədəniyyətimiz, incəsənətimiz tanıtdırıb Azərbaycanımızı. Ölkələr arasında dostluq münasibətlərinin yaradılmasında və getdikcə möhkəmləndirilməsində mədəniyyət, incəsənət və elm sahəsində əlaqələrin təsiri böyükdür. Ulu öndər Heydər Əliyev ölkəmizdə ədəbiyyata, elmə, mədəniyyətə, incəsənət xadimlərinə həmişə diqqət və qayğı göstərib. Bu qayğı möhtərəm Prezidentimiz İlham Əliyev, birinci xanım Mehriban Əliyeva tərəfindən layiqli şəkildə davam etdirilir. Bir neçə gün əvvəl bir qrup mədəniyyət və incəsənət xadimi ilə keçirilən görüşdə də bunun şahidi olduq. Fikir verdinizmi, Prezidentimizlə görüşdə kim istədi danışdı, təkliflər verildi, xahişlər olundu. Hamını sona qədər böyük səbrlə dinlədilər, heç kimin sözünü kəsmədilər. Əksinə, şərait yaradırdılar ki, öz fikirlərimizi sərbəst çatdıra bilək. Bax, böyüklük, müdriklik budur. Mədəniyyətə, incəsənətə, bu sahənin tanınmış xadimlərinə yüksək dəyər vermək budur! Cənab Prezident yekun nitqində bir daha bildirdi ki, qaldırılan məsələlərin hamısı qısa bir müddətdə öz həllini tapacaq. Görüşdən sonra da cənab Prezidentin, birinci xanım Mehriban Əliyevanın tədbir iştirakçıları ilə səmimi, mehriban söhbətləri, şəkil çəkdirmələri hər birimizdə böyük ruh yüksəkliyi yaratdı. Fəxr edirik ki, İlham Əliyev kimi qədirbilən, Vətənini, xalqını, millətini dərin məhəbbətlə sevən qayğıkeş, humanist Prezidentimiz var"! AyselBAKU.WS
Oxşar xəbərlər
"Camaatın min dərdi var" - Fərhad Bədəlbəylidən Zeynəb Xanlarovaya ETİRAZ (VİDEO)
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir...