Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlandı
07
okt
2019
10:50
Xalq artisti Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb.BAKU.WS xəbər verir ki, o, hazırda Respublika Diaqnostika Mərkəzində müalicəsini davam etdirir.Qeyd edək ki, Xalq artisti Ofeliya Sənani 05.10.2019-cu il tarixində kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub.İnvaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb.Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir.Yaxın günlərdə evə yazılması planlaşdırılır.
Oxşar xəbərlər
Tanınmış teleaparıcı infarkt keçirdi - Vəziyyəti ağırdır
Tanınmış teleaparıcı, Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.BAKU.WS xəbər verir ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən 78 yaşlı diktora ürəyi...