ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutur.

BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aparıcı Vüsalə Kərimovanı SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən Vüsalə Kərimova hədəfini açıqlamayıb və bunu verilişin sonunda elan edəcəyini bildirib. “Dekabrın 25-də mənim yubiley günümdü. Bilirəm ki, mənə hədiyyələr göndərəcəklər. Mən o hədiyyəni istəmirəm. Bu gün səs göndərin oktyabrın 25-də bu maşın mənə sizin hədiyyəniz olsun”.

Hədəfimi tam olaraq müəyyənləşdirmədiyini deyən Vüsalə Kərimova iştirakçıların hər birinin onun üçün hədəf olduğunu deyib. “Sadəcə mən bu gün öz gücümü nümayiş etdirmək istəyirəm”.

Vüsalə Kərimova yalnız bu gün Talıb Taleyə toxunmayacağını bildirib. Buna baxmayaraq Talıb ona inanmadığını söyləyib: “Əgər iştirakçlılardan heç biri səs istəmirsə, demək hədəf mənəm və aldanmaq istəmirəm”.

Bəlkə də elə Talıbın bu açıqlamasından sonra Vüsalə Kərimova üçün səsvermə o qədər də uğurlu başlamadı.

BAKU.WS