SİZİN REKLAM BURADA!
055 213 76 73


“Mən əvvəldən də demişdim ki, qadınları çıxarmayacağam. Əgər mənim şəklimi atsalar və yeri gəlmişkən, hiss edirəm ki, belə də olacaq, o zaman bir kişini çıxaracağam”.

Bu sözləri fasilə zamanı BAKU.WS-in əməkdaşı ilə söhbətində atyor Arif Quliyev deyib. "Nissan Altima" maşınının ətrafında mübarizə aparan A.Quliyev bildirib ki, şouda ona qruplaşma təklif ediblər.

“Mənə təkliflər olunub. Lakin mən bütün təklifləri rədd etdim. Üç-dördümüz bir olaq deyənlər olub. Mən onlara qarışmıram. İndi onların adlarını çəkə bilmərəm. Ancaq 5 gündən sonra adları açıqlana bilər". 

Qeyd edək ki, ötən gün əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda SMS səsverməsinə çıxarılan Faytonçu Nazim qaydaları pozduğuna görə, vaxtından əvvəl şounu tərk edib. Ona görə də canlı yayımda ikinci dəfə səsvermə keçirilib və Arif Quliyev hədəf seçilib. Arif Quliyev oyunda qalacağı təqdirdə meyxanaçı Vuqar Əbdülovu şoudan kənarlaşdıracağını bildirib. 58,64 faiz səs toplayan Arif Quliyev efirdə göz yaşlarını saxlaya bilməyib.

Faytonçu Nazim oyunu tərk etdiyinə görə, iştirakçıların təkidi ilə fikrini dəyişən Arif Quliyev özü də şouda qalıb.

Realiti şouda aparıcı Vüsalə Kərimova, aparıcı İlqar Mikayıloğlu, müğənni Xatun Əliyeva, meyxanaçı Vüqar Əbdulov, aktrisa Tünzalə Əliyeva, aktyor İlkin Misgərli, jurnalist Ulviyyə Alovlu, müğənni Rauf Əhmədov, müğənni Samirə Yusifqızı, müğənni Talıb Tale, müğənni Günel Ələkbərova, aparıcı Zemfira Adıgözəlova, repçi Elşad Xose, aparıcı Vüsalə Əlizadə, aktyor Arif Quliyev, aktrisa Mehriban Xanlarova iştirak edir.
Tamaşaçılar bu gün ATV kanalında canlı olaraq saat 22:15-dən etibarən həyəcan dolu efiri izləyə biləcək.

Tuncay
BAKU.WS