VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun ötən günkü buraxılışında Azər Zahid yarışmadan çıxarıldı.  

BAKU.WS xəbər verir ki, şoudan çıxan Azər bəzi suallara aydınlıq gətirib. O bildirib ki, gələn gündən onu təkləyiblər və sonda istədiklərinə nail oldular:
 
"Dürüst, sözü üzə deyən adamı yarışmadan çıxardılar. Çünki mən onlar üçün güclü rəqib idim. O biri iştirakçıların da vaxtı var. Elə bilirlər ki, səslərini çıxarmamaqla finalaq qalacaqlar. Heç biri bunu edə bilməyəcək, çünki onlar çox zəif iştirakçılardır. Məni Allah tanıyır, valideynlərim tanıyır, xalq tanıyır".
 
Şouda hazırda Təranə Qumral, Oksana Rəsulova, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Aqil M. Quliyev, Elcan Rəsulov, Səidə Sultan, Vüqar Vüqarlı, Fərda Xudaverdiyev, İslam Mehrəliyev mübarizə aparır.
 
Qeyd edək ki, realiti şour hər axşam saat 22:00-da ATV telekanalında yayımlanır. Bugünki çox maraqlı bölümü qaçırmayın. 

BAKU.WS