Səudiyyə vəliəhdi Trampdan husilərə zərbə endirməsini istəyib
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampdan Yəməndə husilərə qarşı birbaşa hərbi əməliyyat keçirilməsini istəyib.
BAKU.WS "Axios"a istinadən xəbər verir ki, bin Salman Trampa bir gün ərzində iki dəfə zəng edərək husilərin Qırmızı dəniz sahilində irəliləməsindən narahatlığını bildirib.
Tramp isə Səudiyyə vəliəhdinin hərbi müdaxilə tələbini qəbul etməyib. ABŞ hazırda husilərə qarşı birbaşa əməliyyat planlaşdırmasa da, Riyada kəşfiyyat və hədəfləmə məlumatları təqdim edəcək.
Məlumata görə, husilər strateji əhəmiyyət daşıyan Moha şəhərini ələ keçirib. Şəhərin Babülməndəb boğazına yaxın yerləşməsi bölgədə gərginliyi artırıb.
Babülməndəb Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən əsas dəniz marşrutlarından biridir. Husilərin bölgədə irəliləməsi beynəlxalq ticarət və enerji daşımaları ilə bağlı narahatlıqları da artırıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...