Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tıxacda qalıb.
 
BAKU.WS-in məlumatına görə, polisə yolu bağlamaq təlimatı verilib. 

Lakin polis yanlışlıqla prezident Ərdoğanın keçəcəyi yolu bağlayıb. Prezidentin karvanı bu zaman türk və amerikalı iş adamları ilə nahara gedirmiş. Amerika polisinin səhv yolu bağlaması nəticəsində dövlət başçısının maşın karvanı bir müddət tıxacda qalmalı olub. 

Yanlışlığın fərqinə varan polislər yolu yenidən açıblar. Ərdoğanın maşını yalnız bundan sonra yoluna davam edib. 
 
BAKU.WS 

]