Ərdoğanın qudasının halı pisləşdi, nişan təxirə salındı (VİDEO)

Ərdoğanın qudasının halı pisləşdi, nişan təxirə salındı (VİDEO)
Video
Hadisə 1848

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qudası Özdemir Bayraktar ürəktutma diaqnozu ilə xəstəxanaya aparılıb.

BAKU.WS-in məlumatına görə, Bayraktar aorta damarıyla əlaqədar yaranan problemə görə əməliyyat olunub və vəziyyətinin yaxşı olduğu öyrənilib. Bu xəbərə görə Ərdoğanın qızının nişanı təxirə salınıb.

Tarabyada Huber Köşkündə bu axşam keçiriləcək nişan mərasimi səbəbiylə prezident Ərdoğan və ailəsi evlərindən Tarabyaya hərəkət edəcəkləri zaman üzücü xəbəri öyrəniblər. Bunda sonra prezident Ərdoğan Bayraktarın aparıldığı xəstəxanaya gedib. Xəstəxanada 4 saat qudasını gözləyən Ərdoğan müəyyən göstərişlər verib. 

Əldə edilən məlumata görə, Özdemir Bayraktarın əməliyyatı uğurlu keçib və vəziyyəti yaxşıdır. Ərdoğanın kürəkəni olacaq Selçuk Bayraktar isə öz Twetter hesabından əməliyyat sonrası bu mesajı paylaşdı:

"Atamın keçirdiyi ani bir əməliyyat səbəbiylə diləklərini çatdıran və dualarını əsirgəməyən hər kəsə təşəkkür edirik. Allah həkimlərimizdən də razı olsun. Atamın müalicəsi davam edir. Dualarınızı gözləyirik".

BAKU.WS

Son xəbərlər