SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın paytaxtı Moskvada milyarder Mixail Qutseriyevin oğlu Səidin təmtəraqlı toyu böyük səs-küyə səbəb olub.
 
BAKU.WS-in məlumatına görə, toy mərasimində Stinq, Cennifer Lopes, Patrisiya Kaas və Enrike İqlesias kimi dünyaca məşhur müğənnilər iştirak edib. Mixail Qutseriyev oğlunun toy mərasimində iştirak etməsi üçün Alla Puqaçovaya bir neçə mahnıya görə 300 min avro ödəyib. 

Məşhur televiziya aparıcısı, aktyor, şoumen, komediya ustası İvan Urqant ulduzların və elita təbəqənin nümayəndələrinin toylarında tamada kimi çıxış edir. Məşhur şoumen öz xidmətləri üçün azı 50 min avro tələb edir.

Məşhur rus müğənni Filipp Kirkorov isə çox nadir hallarda toy mərasimlərində iştirak edir. Ancaq onun hansısa mərasimdə çıxış etməsi məclis sahibinə çox baha başa gəlir. Belə ki, Kirkorovun 60 dəqiqəlik çıxışı təxminən 75 min dollardır. 

Çox güman ki, öz həmkarları arasında biznes-elitanın toylarında ən çox iştirak edən Nikolay Baskovdur. O, mərasimlərdəki çıxışına görə aldığı məvacibi açıqlamaqdan çəkinir. Bunun kommersiya sirri olduğunu deyən Baskov bütün mərasimlərdə canla-başla iştirak edir. 

Maksim Qalkin isə daha çox həmkarlarının toy mərasimində iştirak edir. Maksim "A Studio" qrupunun solisti Keti Topurinin nikah mərasimində tamada qismində çıxış edib. Ancaq yumor ustasının məclisə neçiyə gəldiyi elan edilməyib. 
 
Rus müğənnilərin Bakıya gələcəkləri toy qiymətləri:
 
Anjelika Varum və Leanid Aqutin — 50 000 €
Gipsy Kings — 35 000€
Timati — 30 000€
Lolita Milyavskaya — 40 000€
Valeri Meladze — 100 000€
Rafet El Roman — 50 000€
Lou Bega — 20 000€
Tarkan — 120 000€
Backstreet Boys — 150 000$
Аndrey Malaxov — 30 000€
Ricky and Powery — 20 000€
 
BAKU.WS