Salyanda fəhlələri işdən qovan milyarder Cennifer Lopese milyonlar tökür (FOTO)

Salyanda fəhlələri işdən qovan milyarder Cennifer Lopese milyonlar tökür (FOTO)
İqtisadiyyat 2817

 

Azərbaycanda da iri neft aktivlərinə malik olan inquş milyarder Mixail Qutseriyevin oğlunun toyu mətbuatın böyük diqqətinə səbəb olub.

Martın 26-da Moskvada, Telman İsmayılova məxsus "Safisa” şadlıq sarayında keçirilən olduqca dəbdəbəli toy mərasiminin yeni təfərrüatları və nüansları üzə çıxmaqdadır.

REN TV bildirir ki, "Safisa” sarayı toy barədə detalları açıqlamır. Ancaq müəyyən etmək mümkün olub ki, təkcə sarayı büsbütün güllərlə bəzəmək üçün 3-4 milyon dollar xərclənib. Rusiya floraçılar Assosiasiyasının rəhbəri Valentina Safronova deyib ki, o böyüklükdə zalı güllərlə bəzəmək üçün bir neçə gün vaxt tələb olunur. Bu məqsədlə tələb olunan güllərin hamısı xaricdən gətirilir. "Bu cür bəzəmə təxminən 3-4 milyon dollara başa gəlir. Məbləğin 30-40 faizini floraçılara çatır. Çünki nəhəng işdir, bir neçə gün işləmək lazımdır”-o deyib. 

 

Toyda qonaqlara kürüdən tutmuş suşiyə qədər hər şey təklif ediblər, ancaq 2 metr hündürlüyündə tort məclisə xüsusi bəzək qatıb. LifeNews isə xəbər verir ki, toyda ən maraqlı nüanslardan biri gəlinin rəfiqələrindən kiminsə 100 min avro qiymətindəki üzüyünü tualetdə yaddan çıxarması olub. Ağ qızıldan hazırlanmış bu üzüyü xidmətçilər tapıblar, ancaq sahibini tapıb qaytara bilməyiblər. Üzük əldən-ələ keçəndən sonra təhlükəsizlik xidmətinə təhvil verilib. Habelə qonaqlardan biri 2 min dollar qiyməti olan "Valentino” əl çantasını tualetdə yaddan çıxarıb.

Xatırladaq ki, toyda Cenifer Lopes, Enriko İqlesias, Stinq, Patrisiya Kaas kimi ulduzlar oxuyub. Qutseriyevin onlara ödədiyi qonorarın məbləği milyonlarla dollarla ölçülür.

 

Rusiyada iqtisadi böhranın yaşandığı, neftin qiymətlərinin aşağı düşdüyü bir vaxtda inquş milyarderin bu cür dəbdəbə nümayiş etdirməsi sosial şəbəkələrdə böyük ölçüdə qınanır. Lakin Qutseriyevin biznesi təkcə Rusiya ilə məhdudlaşmır. Xəbər verdiyimiz kimi Qutseriyev 2008-ci ildə onun Londonda qurduğu offşor şirkət "Global İnvestment Energy” vasitəsilə (sonradan bu şirkət "Naftis”in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik olan iki şirkətin səhmlərini alıb. Söhbət "Mişovdağ” və "Kəlaməddin” yataqlarının operatoru "Karasu Operating Companu”nin 85, "Padar” və "Harami” yataqlarının operatoru "Kura Valley Operating Companu”nin 80 faizlik aksiyalarından gedir.

Bu əməliyyat şirkətlərində hökm sürən mənimsəmələr, fəhlələrin işdən çıxarılması, azərbaycanlı işçilərə qarşı ayrı-seçkilik barədə mətbuatda çoxsaylı məlumatlara, faktlara rast gəlmək mümkündür.

Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı virtualaz.org-a bildirib ki, bu əməliyyat şirkətlərindən onlara müntəzəm olaraq şikayətlər daxil olur. Hazırda mərkəzdə həmin şirkətlərin ixtisar adı altında işdən çıxarılan fəhlələrinin şikayətləri var. Habelə şirkətdə azərbaycanlı işçlərə qarşı ayrı-seçkilik, onlara daha az əməkhaqqı yazılması kimi şikayətlər daxil olub.

Ötən ilin yanvarından başlayaraq "Qarasu Əməliyyat Şirkəti” yüzlərlə işçini müxtəlif bəhanələrlə işdən çıxarıb. Onların bir hissəsini məcburi məzuniyyətə göndəriblər və geri qayıdanda işə qəbul etməyiblər. Bir hissəsini isə ixtisar ediblər. İşdən çıxarılanların dediyinə görə şirkət bunu dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar yaranmış maliyyə çətinlikləri ilə əsaslandırır...

BAKU.WS

Son xəbərlər