13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

  
Məşhur müğənni Enrike İqlesias bu yay Azərbaycanın paytaxtında baş tutacaq Avropa Qran Prisi 2016-cı il Formula 1 yarışı çərçivəsində Bakıya gələcək.
  
BAKU.WS-in əldə etdiyi məlumata görə, ispan müğənni, bəstəkar və prodüser Bakıda Formula 1 izləyicilərinə konsert verəcək. Müğənninin nə qədər pul müqabilində Bakı səfərinə razılıq verdiyi məlum deyil. Məşhur müğənni iyunun 18-də 19:30-da Dənizkənarı bulvarda sevənlərinin qarşısına çıxacaq. 

Qeyd edək ki, Formula 1 tədbir çərçivəsində 17-19 iyun 2016-cı il tarixlərini əhatə edən yarış həftəsonu ərzində bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər. Tədbir üçün alınan bilet 3 günlük Formula 1 yarışının sərbəst yürüşlərini, təsnifat mərhələlərini, bazar günündə baş tutacaq əsas yarışı və axşam konsertlərini izləməyə imkan verəcək. Bu biletlərə sahib olanlar yarış həftəsonu ərzində Formula 1 Şəhərciyində salınacaq müxtəlif əyləncə yerlərinə və ticarət zonalarına daxil ola biləcəklər.
 
Şahin Həbibov
BAKU.WS