13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Ermənistan toyunda Azərbaycan xalq mahnısı "Aman tello" səsləndirilib.
 
BAKU.WS-in məlumatına görə, milli mədəniyyətimizi mənimsəməkdən usanmayan ermənilər xalq mahnılarımızı özünküləşdirərək toy mərasimlərində oynayırlar. Azərbaycan torpaqlarını işğal etmiş ermənilər mədəniyyətimizə də göz dikməkdədirlər.
 
Milli musiqilərimizi bütün dünyada öz adlarına çıxmağa çalışan erməni xalqı görünür soy və köklərinin olmadığı ilə barışırlar. Ancaq onlara xatırlatmaq yerinə düşər ki, "Tello” yallısını Qafar Namazəliyev 1985-ci ildə nəşr etdirdiyi "Azərbaycan xalq mahnı və təsnifləri” kitabında xalq mahnısı kimi təqdim edib. Bu musiqi məşhur "Bəyin oğurlanması" filmində də səslənib.  
 
ŞAHİN Həbibov
BAKU.WS