SİZİN REKLAM BURADA!
055 213 76 73


"Survivor 2020" yarışmasında bu dəfə "Məşhurlar" komandası "Toxunulmazlıq" adlı oyunu uduzub. 

BAKU.WS xəbər verir ki, TV8-də yayımlanan verilişdə komandalar gərgin oyunda bir-birlərinə qarşı mübarizə aparıb. 

3 həftədir "Toxunulmazlıq" oyununu udan "Məşhurlar" bu dəfə məğlub olub. 

Nəticədə konseyə gedən "Məşhurlar"dan birinin adı yazılmalı idi. Maraqlısı ondadır ki, konsey günü ən çox adı yazılan iştirakçılar arasında Pərvizin də adı olub. Bu vəziyyət isə bütün tamaşaçıları, o cümlədən Pərvizi şoka salıb. 

Deməyə söz tapa bilməyən Pərvizə getməsi üçün 4 qız iştirakçı səs verib. Digər səs toplayan iştirakçı isə Ezgi olub. 

Həftənin 2-ci günü (7 aprel) daha iki nəfərin adı müəyyənləşdiriləcək və onlardan biri adanı tərk edəcək. 

Hazırda Pərviz və Ezginin adı gedəcəklər sırasındadır. 

BAKU.WS
VİDEO