SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev məşhur aktyor Leonardo DiKaprio ilə bağlı proqnozlar verib.

BAKU.WS Rusiya mətbuatına istinadən məlumat verir ki,  ekstrasens aktyorun 5 il əvvəl ata olduğunu deyib. Onun sözlərinə görə, aktyor qızının anası ilə görüşmür:

"O düşünmürdü ki, bu qadınla həyatını bağlayacaq. Leonardonun bu münasibətdən bir qızı var. Hadisə 5 il əvvəl baş verib. Leo qızına və anasına hər cür maddi dəstək göstərsə də, hələlik bunu ictimaiyyətə açıqlamaq niyyətində deyil". 

Zirəddin Rzayev bu açıqlaması ilə kifayətlənməyərək Hollivud ulduzu ilə bağlı pis xəbəri də verib: 

"Yaxın 3 ildə onu səhhəti ilə bağlı ciddi sınaq gözləyir. Ancaq o, bu xəstəliyinin öhdəsindən gələcək. Leonardonu qocalıqda görmürəm və bu, onun üçün çox pis əlamətdir".
 
BAKU.WS