VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər sosial şəbəkələrdə ABŞ-ın prezident seçkilərində namizəd olan Donald Trampın həyat yoldaşı Melania Trampın fotoları paylaşılır. 
 
BAKU.WS məlumat verir ki, sosial şəbəkə istifadəçiləri Melania Trampı ABŞ-ın növbəti "First lady"si olaraq görürlər və buna görə Donald Trampın prezident seçilməsini məqsədəuyğun hesab edirlər. 
 
Melania Tramp ixtisasca dizaynerdir, bir müddət model kimi fəaliyyət göstərib. Donald Tramp ilə 2005-ci ildə ailə qurub. Cütlüyün bu nikahdan Barron adlı bir övladları var. 
 
Donald Tramp Melania kimi iki dəfə evli olub. İlk nikahını 1977-ci ildə atlet və maniken İvana Zelniçkova ilə bağlayan Tramp 1991-ci ildə 16 illik həyat yoldaşından ayrılıb. İvana ilə evliliyindən üç övladı olan Tramp 1993-cü ildə aparıcı Marla Maples ilə evlənib. Marla ilə evliliyindən bir qız övladı olan Tramp 1996-cı ildə ayrılmaq qərarına gəlir.
 
Donald Tramp ABŞ-da prezidentliyə namizədlər arasında daha çox müsəlmanlara nifrəti ilə seçilir. Hətta buna görə bir neçə tanınmış müğənni Donalda mahnılarından seçki kampaniyasında istifadə etməsinə qadağa qoyub. Son olaraq Adel seçki kampaniyasında Trampın onun mahnılarından istifadə etməsinə etirazını bildirmişdi. 
 
Qeyd edək ki, Donald Tramp iş adamı kimi tanınır. Bundan başqa o yazıçı kimi də fəaliyyət göstərir. 
 
Ayşən Ayxan
BAKU.WS