Məşhur müğənnidən prezidentliyə namizədə qadağa (VİDEO)
Məşhur ingilis müğənni Adel ABŞ-da prezidentliyə namizəd Donald Trampın onun mahnılarından istifadə etməsinə icazə vermədiyini açıqlayıb.
BAKU.WS məlumat verir ki, seçki kampaniyasında Adelin "Rolling in the Deep" və "Skyfall" mahnılarından istifadə edən Trampın bu hərəkəti ifaçının fanatları tərəfindən də birmənalı qarşılanmayıb. Adelin mətbuat xidməti açıqlamasında "Adel bu mahnıların hər hansı siyası təbliğatda istifadəsinə icazə verməyib" deyib.
Qeyd edək ki, Adel 2011-ci ildə İngiltərənin Mühafizəkarlar Pariyasının sədri Devid Kameron üçün kobud ifadəsi ilə gündəmə gəlmişdi.
Milyarder, iş adamı Donald Tramp xüsusilə qaçqınlara və İslama qarşı olması ilə seçilir. Buna görə kanadalı müğənni Neil Younq və "Aerosmith" qrupunun solisti Steven Tayler da mahnılarını ona qadağan ediblər.
BAKU.WS
Oxşar xəbərlər
Məşhur ingilis müğənni bu addımı ilə gündəm oldu (FOTO)
İngilis müğənni Rita Ora yenidən mətbuatın gündəminə düşüb. BAKU.WS-in məlumatına görə, Fransanın "Lui Magazine" jurnalı üçün soyunan müğənni bir anda diqqətl...