SİZİN REKLAM BURADA!
055 213 76 73


“iPhone 12”nin dizaynı aydınlaşmağa başladıqdan sonra Mak Otakara “YouTube” kanalında yeni bir video paylaşıb. Bu paylaşım həm də “iPhone 12”nin necə görünəcəyini əks etdirir.

BAKU.WS “ted.az”a istinadən xəbər verir ki, 2020-ci ilin sentyabrında ortaya çıxacaq yeni iPhone üçün bir çox fikir irəli sürülüb.

Bununla birlikdə həm “Apple” mütəxəssisləri, həm də sızan məlumatlar “iPhone 12”nin necə olacağı və hansı xüsusiyyətləri daşıyacağı barədə fikir formalaşdırmağa nisbətən də olsa imkan verir.

Sözügedən modellərin rəsmi olaraq “iPhone 12” dizaynını nümayiş etdirib-etməməsi məlum olmasa da, indiyə qədər deyilən bəzi detallar da videoda yer alıb.

Bu xüsusiyyətlərə baxdıqda “iPhone 12” müvafiq olaraq 5.3, 5.9 və 6.4 düymlük ekrana sahib olacaq.

Yayılan təfərrüatlar göstərir ki, “iPhone 12”də "iPhone 11" kimi ikiqat linza kameraları var.

Daha böyük "iPhone 12 Pro"da indiki “iPhone 11 Pro” diapazonunun üç obyektiv konfiqurasiyası mövcuddur.

2020 telefonlarının dizaynının “iPhone 4” və ya “iPhone 6” üzərində qurulacağı da bildirilib.

Buna baxmayaraq, son iddialara görə, yeni “iPhone” da “iPhone 11” kimi "eqoist" görünüşə sahib olacaq.

BAKU.WS
VİDEO