SİZİN REKLAM BURADA!
055 213 76 73


"Apple" şirkəti fevral ayından sərfəli qiymətə "iPhone" istehsal etməyə başlayacaq. 

BAKU.WS "Bloomberg"ə istinadla xəbər verir ki, "Apple" şirkəti yeni modeli mart ayında elan edəcək.

Yeni cihazda "Touch ID"ni dəstəkləyən "home" düyməsi olacaq. "Apple" şirkəti "Face ID" funksiyasını yeni modeldə istifadə etməyəcək. 

Yeni telefonun "iPhone SE 2" adlandırılacağı iddia olunur. Smartfonun prosesoru hazırkı “Iphone 11” ilə eyni olacaq. 

Şirkət ucuz smartfon istehsal edərək "Android" cihazlarla rəqabət aparmağa çalışacaq. 

Telefonun qiymətinin digər "iPhone" modellərindən ucuz olacağı gözlənilir.

BAKU.WS