VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünyanın ən məşhur mesajlaşma tətbiqi olan WhatsApp daha yaxşı xidmət göstərməyin yollarını axtarır.
 
BAKU.WS-in məlumatına görə, səsli zəng, web vasitəsilə söhbət kimi funksiyalarla tətbiqi asanlaşdıran WhatsApp bu il də fərqli yeniliklərlə məşhurluğunu artırmağı hədəfləyir. WhatsApp-ın bu il xüsusilə iOS əməliyyatlar sistemi üçün bir neçə yeni xidməti işə salacaq. 

WhatsApp-ın bu il üçün gözlənilən yenilikləri bunlardır: 

Video zəng 

Yeni simvollar, yeni dizayn

Şəkil tənzimləmə

Qabaqcıl 3D Touch (İOS)
 
Qeyd edək ki, dünyada ən çox istifadə olunan pulsuz mobil mesajlaşma tətbiqlərindən biri olan WhatsApp-dan hazırda 430 milyondan çox istifadəçinin aktiv olaraq faydalanır. Bu da o deməkdir ki, WhatsApp 10 ayda istifadəçilərini 2 dəfə artırıb. Bundan 10 ay əvvəl WhatsApp istifadəçiləri gündəlik təxminən 20 milyard mesaj göndərirdi, 2014 ildə isə bu rəqəm gündəlik 50 milyardı keçib.
 
BAKU.WS