Bir neçə gün əvvəl Minə nənə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 
 
BAKU.WS məlumat verir ki, 79 yaşlı bu qadın corab toxuyaraq iki oğluna baxır. Oğlanlarından biri əsəb xəstəsi olduğu üçün özünə belə köməyi dəymir, o da qalsın Minə nənəyə. Digər oğlu isə işsizdir, iş tapa bilmir. Minə nənənin bu iki oğlundan savayı üç övladı da var. Qızları ailə qurduqdan sonra İsrailə köçüb, bir oğlu isə İsrailə işləmək üçün gedib. Ailəli olduqları üçün yalnız öz xərclərini ödəyə bilirlər. Arada Minə nənə ilə əlaqə saxlayırlar, ancaq maddi olaraq heç bir köməkləri dəymir.  
 
Corablardan gələn gəlirdən başqa bir də Minə nənə 142 manat pensiya alır. O da ancaq komunal xərcləri ödəməyə çatır. Əlqərəz, Minə nənənin iki oğlundan başqa Azərbaycanda heç kimi yoxdur. Onlardan da biri qeyd etdiyimiz kimi xəstədir, digəri isə işsiz. Buna görə də 79 yaşlı nənənin sizin dəstəyinizə ehtiyacı var. 4 manata körpələr üçün, 5 manata uşaqlar, 6 manata isə böyüklər üçün corab hörür. Nənəyə dəstək olmaq üçün corab sifariş edə bilərsiniz. 
 
Nənəni axtarıb tapmaq istəyənlər hər bazar günü saat 12:00-da Nikoyl Bankın yanına gələ bilərlər. 
 
Bundan başqa nənə ilə bu nömrələr vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: (051) 311-01-03
(055) 439-39-40
 
BAKU.WS