SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bir zamanların telefon nəhəngi Nokia-nın adını yavaş yavaş unutmağa başlamışkən şirkət Nokia 230 və Nokia 230 Dual SIM telefonuyla geri qayıdır. 

BAKU.WS-in məlumatına görə, Microsoft-un sahibi olduğu Nokia, klassik klaviaturalı telefonları Nokia 230 və 230 Dual SIM (iki SIM kartlı model) ilə bazara yeni məhsullarını təqdim edib.
 
Şirkətin hədəfi Samsung və ya Apple ilə rəqabət etməkdən daha çox inkişaf etməkdə olan ölkələrdə yaxşı bir satış qrafiki əldə etməkdir. Nokia 230 və Nokia 230 Dual SIM arasında yalnız tək bir fərq var və digər bütün xüsusiyyətləri eynidir. O fərq də Dual SIM olan modelin cüt SIM kart dəstəyinə də sahib olmasıdır. 

Nokia 230 və 230 dual SİM cib telefonlarının qiymətini hər cür vergi və ödəniş istisna olmaqla 55 dollar olaraq təyin edilib. 

BAKU.WS