İranın paytaxtı Tehran şəhərində hava həddindən artıq çirklənib.


BAKU.WS xəbər verir ki, bu barədə Tehran Ətraf Mühitin Mühafizəsi İdarəsi əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, vətəndaşlar ehtiyac olmadıqda küçəyə çıxmasınlar.

Çünki havaya buraxılan çirkli hava və tozun miqdarı həddindən artıq çoxluq təşkil edir. Buna görə də, açıq havada gəzmək insan sağlamlığı üçün olduqca təhlükəlidir.

Belə havada gəzmək əsasən ürək və ağciyər xəstəlikləri olan insanlar üçün son dərəcə təhlükəlidir. Hazırda Tehranda hava çirklənməsi normadan iki dəfə çoxdur.

Ziya SƏCCAD
BAKU.WS